Dek
2023
09:00
26
47
1636
Virtual karabakh

“İtaliya hökuməti Fabio Massimonun dövləti ilə uyğunlaşmayan mövqeyinə qarşı tədbir görəcək” - ŞƏRH

3 Dek, 2023
09:00
1636

“İtaliya hökuməti Fabio Massimonun dövləti ilə uyğunlaşmayan mövqeyinə qarşı tədbir görəcək” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Parlamentinin əksər üzvləri ermənipərəst mövqeləri ilə seçilirlər. Azərbaycanla bağlı qərəzli çıxışlar da, bəyanatlar da daim ermənipərəst deputatlar tərəfindən edilib”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Müşfiq Cəfərli Avropa parlamentinin İtaliyanın müxalif “5 Ulduz hərəkatı” Partiyasından olan üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz, əsassız çağırışları haqqında danışarkən deyib.

Deputatın sözlərinə görə, hətta illər öncə Avropa Parlamenti (AP) Azərbaycanla bağlı ədalətsiz qətnamə qəbul etdikdən sonra dövlətimiz qətnaməni “ədalətsiz və qeyri-obyektiv” adlandıraraq AP ilə münasibətlərini kəsmişdi:

“Lakin Avropa Parlamenti bir il ərzində rəsmi və qeyri-rəsmi şəkildə münasibətləri bərpa etməyə çalışırdı. Azərbaycan Prezidenti və diplomatiyası dəfələrlə Avropa Parlamentinin əsassız iddiallarıyla bağlı faktları ortaya qoyub. Ümumiyyətlə, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır. Həmçinin, artıq Avropa Parlamenti üzvləri Azərbaycanla bağlı mövqeyini dəyişməli və reallıqları qəbul etməlidir”.

M.Cəfərli bildirib ki, AP-də təmsil olunan dövlətlərin Qarabağla bağlı mövqeləri bəzən nümayəndələrinin parlamentdəki çıxışlarıyla böyük ziddiyyət təşkil edir:

“Buna nümunə parlamentin italiyalı üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı, Avropa Parlamentinin rəsmilərinə ədalətsiz və əsassız çağırışlar ünvanlamasıdır. Belə ki, 44 günlük müharibə zamanı da, postmüharibə zamanı da, hətta bu gün Qarabağdakı quruculuq işlərində italyan şirkətləri fəaliyyət göstərir. Məhz İtaliya Qarabağdakı quruculuq prosesində yaxından iştirak etməyə ilk cəhd göstərən dövlətlərdən olub. Bu cəhətdən də Fabio Massimo Kastaldonun çıxışını İtalya dövlətinin rəsmi mövqeyi kimi qiymətləndirə bilmərik. Digər tərəfdən də İtalya hökuməti rəsmi şəxsin dövlətin siyasətiylə uyğunlaşmayan mövqe nümayişinə görə, çox güman ki, tədbir görəcəkdir”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri