Dek
2023
10:30
167
8
732
Virtual karabakh

İlham Əliyev: “Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var idi” -VİDEO

6 Dek, 2023
10:30
732

İlham Əliyev: “Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var idi” -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

“Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri