Dek
2023
10:33
183
16
671
Virtual karabakh

Prezident: “Məcburi köçkünlər üçün maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik”

6 Dek, 2023
10:33
671

Prezident: “Məcburi köçkünlər üçün maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın, onlar buna layiqdirlər. Onlar, həmçinin, psixoloji sarsıntı keçiriblər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

Dövlətimizin başçısı minalar məsələsinə də toxunaraq deyib:

“Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin, ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri