Dek
2023
11:01
174
10
697
Virtual karabakh

Azərbaycan Prezidenti: “Biz regiona sülhü artıq gətirmişik”

6 Dek, 2023
11:01
697

Azərbaycan Prezidenti: “Biz regiona sülhü artıq gətirmişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda səsləndirib.

İşğal dövründə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız, buna müvəffəq olmayacaqsınız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə üç il bundan əvvəl həll edildi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri