Dek
2023
11:29
174
14
589
Virtual karabakh

Azərbaycan Prezidenti: “Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik” - VİDEO

6 Dek, 2023
11:29
589

Azərbaycan Prezidenti: “Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik, şərait yarada bilərik. Yeri gəlmişkən, söyləyim ki, həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki biz qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir, bu onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib:

“Bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, - artıq söylədiyim kimi, - beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı onların təhlükəsizliyinə, onların hüququna, bu məsələ də öz həllini tapıb. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri