Dek
2023
22:24
94
13
671
Virtual karabakh

Azərbaycan səfiri Mərakeşli nazir ilə görüşüb - FOTO

7 Dek, 2023
22:24
671

Azərbaycan səfiri Mərakeşli nazir ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla Mərakeşin İqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri arasında görüş keçirilib.

Görüş zamanı Mərakeş nazirinin cari il noyabrın 21-23-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək nazirlərinin 5-ci konfransında iştirak məqsədilə ölkəmizə səfəri ətrafında fikir mübadiləsi aparılıb. Nazir ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək, bu səfərdən xoş təəssüratlarla qayıtdığını bildirib.

Görüş zamanı həmçinin, cari il noyabrın 13-də Azərbaycanla Mərakeş arasında Birgə Hökumətlərarası Komissiyanın 2-ci sessiyası çərçivəsində imzalanmış müvafiq sahədə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini ehtiva edən sənədlərə istinad edilib. Bu kontekstdə, Nazirliklər arasında təsis edilməsi nəzərdə tutulan müvafiq Texniki Komitənin tezliklə fəaliyyətə başlamasının önəmli olduğu qeyd olunub.

Həmçinin, sözügedən sənədlərin müddəalarının müzakirəsi məqsədilə iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında yaxın günlərdə onlayn görüşün təşkilinin də faydalı olacağı vurğulanıb. Bununla yanaşı, Nazirliklər arasında təcrübə mübadiləsinin önəmli olduğunu qeyd etmiş Y.Sekkuri Mərakeş tərəfinin xüsusilə, peşəkar təlimlər məsələsində geniş təcrübəyə malik olduğunu və bu təcrübə ilə bölüşməyə hazır olduqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri