Dek
2023
23:06
172
20
994
Virtual karabakh

“Azərbaycan və Ermənistanın birgə açıqlaması sülh üçün yeni bir mərhələ yaradır” - RƏY

7 Dek, 2023
23:06
994

“Azərbaycan və Ermənistanın birgə açıqlaması sülh üçün yeni bir mərhələ yaradır” - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını regionda uzun illərdən bəri gözlənilən sülhün əldə edilməsi üçün tamamilə yeni bir mərhələ yaratdığını bildirib.

“Report”a açıqlamasında deputat qeyd edib ki, müstəqillik dövründən bəri ilk dəfədir ki, iki ölkə arasında birbaşa dialoq nəticəsində ortaq qərarlar alınır.

Onun sözlərinə görə, bu prosesdə ən əsas məsələlrdən biri isə iki azərbaycanlı hərbçinin azad edilməsidir: “Azərbaycanın dövlət siyasətinin əsasında hər zaman vətəndaşlarımızın təhlükəsizliyi və rifahı dayanıb. Hazırkı kritik mərhələdə əldə edilən razılaşmaya görə iki əsgərimizin azad edilməsi bir daha dövlətimizin ilk növbədə öz vətəndaşlarının taleyini düşündüyünün göstəricisidir”, - deputat deyib.

H.Babaoğlu qeyd edib ki, özlüyündə bu qərar həm də iki ölkə arasında münasibətlərin mümkün düzəlməsi prosesində humanitar dəyərlərin önə çəkilməsidir.

Parlamentari xatırladıb ki, Azərbaycan Prezidenti Vətən müharibəsindən ötən üç il müddətində daima bu dəyərləri irəli sürərək münasibətlərin və mümkün sülhün əldə edilməsi üçün ən qısa və səmərəli yolun ikitərəfli danışıqlar ola biləcəyini söyləmişdi: “İkitərəfli danışıqlar və əldə olunan nəticə bu çağırışın nə qədər doğru və praqmatik olduğunu göstərdi”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində iki azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri