Dek
2023
23:34
122
15
997
Virtual karabakh

XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - FOTO

7 Dek, 2023
23:34
997

XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı Y.Rəfiyev Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Valid Əl-Xureyci ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbiatanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın hərtərəfli inkişafı yolları müzakirə edilib.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Beynəlxalq EXPO-2030 Sərgisinə və 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi üçün ölkəsinin namizdəliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Y.Rəfiyev Səudiyyə Ərəbistanının Humanitar Yardım və Qayğı Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində verilən dəstəyə görə səudiyyəli nazir müavininə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Y.Rəfiyev səudiyyəli həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər və Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb.

Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüş zamanı ortaq maraq kəsb edən bir sıra beynəlxalq və regional məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri