Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib - YENİLƏNİB + FOTO/VİDEO
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq ulu öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları vardı. Çoxsaylı ziyarətçilər ümummilli liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyiblər.
Ulu öndərin ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası idi. Onun bu arzusu üç il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət Bayrağı Qarabağın hər bir guşəsində, o cümlədən Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır, Böyük Qayıdış proqramı uğurla reallaşır.
Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz ulu öndərin ölməz ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.
Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş ümummilli liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda yaşanan izdiham bunu bir daha nümayiş etdirirdi.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılıb, müxtəlif anım tədbirləri təşkil olunub.
18:58
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramlarını ifadə ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə də tədbir keçirilib. Ulu öndərin büstü qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazıldığını bildirib.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını əhalinin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılmasının təşkil etdiyi vurğulanıb.
Xalqın çağırışı ilə ümummilli liderimiz 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb.
S.Babayev ulu öndərimizin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla, sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Sosial ödənişlərin dəfələrlə artırılması, müasir sosial müdafiə və reabilitasiya infrastrukturunun yaradılması təmin edilib.
44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə sakinlərin köçürülməsi, onların aktiv məşulluq tədbirləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər qeyd edilib.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin qarşıdakı dövrdə də ölkəmizə yeni-yeni tarixi nailiyyətlər, qələbələr qazandıracağı vurğulanıb.
17:26
Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti anım günü ilə əlaqədar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Müasir dövlətçiliyimizin və yeni tariximizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq məzarı üzərinə gül dəstələri qoyulub.
DSX-nin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, onun apardığı uğurlu siyasət sayəsində Azərbaycanın dünyada tanınan nüfuzlu dövlətə çevrildiyini vurğulayıblar.
Dövlət idarəçiliyində və siyasətdə hər zaman xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Vətən müharibəsində qazanılan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu xüsusi qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirin sonunda ümummilli liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.
16:46
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib.
Nazirliyin kollektivi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
15:57
Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş ümummilli lider daim dərin rəğbətlə anılır.
İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı ulu öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq.
14:54
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Bu barədə XİN “X” hesabında məlumat yayıb.
Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Fəxri Xiyaban ziyarətinə dair mətbuat məlumatı
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 12, 2023
➡️https://t.co/1DnMHTYS9J pic.twitter.com/izdsEWCBgK
13:27
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
SHXÇDX rəisi Mürsəl İbrahimov və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə çiçəklər düzüblər.
13:15
Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Ümummilli liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.
12:27
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi və xidmət əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
XRİTDX rəisi general-leytenant İlqar Musayev və xidmət əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.
Onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
12:13
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.
Baş prokuror Kamran Əliyev və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.
11:59
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər
Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanı ziyarət edib.
Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
11:33
Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
11:03
Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
10:27
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
10:21
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, rəsmilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar.
09:46
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.
Oxu.Az bildirir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi Hikmət Hacıyev, digər dövlət və hökumət rəsmiləri, daxili işlər naziri Vilayət Eyvazov, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
"Arzu Nağıyev" teqi üzrə xəbərlər
- Arzu Nağıyev: "Zəngəzur dəhlizinə görə artıq ermənilərin bəhanələrinə yer qalmır"
- Azərbaycanda hərbçilərə "TikTok" qadağan ediləcək? - AÇIQLAMA
- Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu” - FOTO
- İçərişəhərdə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib - FOTO
- Milli Məclisin komitəsi hərbi qanunvericiliyə təklif olunan dəyişikliyi müzakirə edib