Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Pakistanda 23 əsgərin həlak olduğu dəhşətli terror aktı xəbəri dərindən sarsıdıb və kədərləndirib.
“Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və həmrəyliyimizi bildiririk. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”, - deyə qeyd olunub.
Deeply shocked & saddened by news on horrific terrorist attack where 23 soldiers were killed in #Pakistan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 13, 2023
Our deepest condolences & solidarity are with brotherly Islamic Republic of Pakistan.
We condemn in the strongest terms terrorism in all of its forms.@ForeignOfficePk