20 
Fev
2024
20:26
298
37
1134
Virtual karabakh

“Prezidentin andiçmə mərasimində səsləndiriyi fikirlər mesaj xarakteri daşıyırdı” - ŞƏRH + FOTO

20 Fev, 2024
20:26
1134

“Prezidentin andiçmə mərasimində səsləndiriyi fikirlər mesaj xarakteri daşıyırdı” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

İlham Əliyev andiçmədə nitq söyləyib. Prezident ordu quruculuğunun davam edəcəyindən, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsindən danışıb.

Prezident çıxışı zamanı Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün şərtlər irəli sürüb.

Dövlət başçısı gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasının vacibliyindən də danışıb.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, prezident İlham Əliyev andiçmə mərasimində səsləndiriyi fikirlər mesaj xarakteri daşıyırdı:

“Vurğulamaq lazımdır ki, bu fikirlər yalnız mesaj deyil, gələcək planlar hədəflər barədə xalqın məlumatlandırılması və hədəflərin istiqaməti barədə proqram xarakterli idi. Fevralın 14-də keçirilən andiçmə mərasimi Azərbaycan tarixinə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra baş tutan ilk inauqurasiya kimi düşdü.

Dövlət başçısı çıxışında yeni dövr üzrə hədəfləri müəyyənləşdirdi, buna keçidin əsasını qoydu və prosesi mükəmməl siyasi hadisəyə çevirdi. Artıq Azərbaycanda yeni dövr başlayır. Dövlətimizin başçısının dediyi kimi, biz bu dövrə alnıaçıq, üzüağ, başımız dik daxil oluruq. Bilirik ki, Prezident 2018-ci ildə andiçmə zamanı səsləndirdiyi fikirlər tez bir zamanda əksini tapıb. Andiçmə zamanı Prezident xalqın ona göstərdiyi etimaddan fərəhləndi. Başlıca olaraq andiçmə zamanı xalqın etimadı və dəstəyi vurğulandı. Siyasi iradəyə sahib olan liderimiz dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənildi. Azərbaycan dövləti üçün prioritetlər ölkə başçısının çıxışı zamanı səsləndirildi”.

A.Hüseynov bildirib ki, xarici siyasətin yeni istiqamətləri formalaşdırıldı:

“Prezidentimiz bildirdiyi kimi, sülh danışıqları zamanı “vasitəçi”lər yoxdur. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq.

Ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”.

Əsas məsələ odur ki, burada bütün aspektlər nəzərə alındı. Azərbaycan Prezidenti hər zaman vətəndaşların rifahını üstün tutub və bu istiqamətdə də həmin məqamlara toxunuldu. Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi dövlətimizin başçısı İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Davamlı olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilir. Bu istiqamətdə müntəzəm xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Prezidentin xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi məsələsi də əsas məsələlər sırasında idi. Bu gün heç şübhəsiz ki, gənclərin formalaşmasında həm məktəblərimiz, həm də ailələrimiz ciddi rol oynayır.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının nitqində xarici siyasətimizin prioritet istiqamətlərindən danışarkən konkret istiqamət müəyyənləşdirib:

“Bildirdi ki, bizim beynəlxalq təşkilatlar arasında əsas tərəfdaşımız böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı olmalıdır və bu istiqamətdə əməkdaşlıq daha da genişləndirməlidir.

Dövlətimizin başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Ordumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı. Prezident İlham Əliyev nitqində əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bəyan etməsi heç də təsadüfi deyil. Güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir.

Prezident İlham Əliyevin dediyi kimi: “Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.

“Heç şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasət mühüm rol oynayır.

Dövlət başçısının prioritet kimi qiymətləndirdiyi məsələlər sırasında şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi kimi görməsidir. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpa olunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək. Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılacağına işarədir. Dövlət başçısının muxtar respublika ilə bağlantı məsələsini vurğulanması qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağının ilkin işarəsi sayıla bilər.

Prezidentin son sözləri bütün beynəlxalq aləmə mesaj idi. Həmçinin Ermənistana havadarlıq etmək istəyənlərə sərt göndəriş idi.  Azərbaycanın əldə etdiyi uğurlar bir çox dairələrdə qıcıq yaradır. Bu onlara Prezidentin açıq şəkildə göndərdiyi mesaj idi. O bütün Azərbaycanlıların prezidentidir”, - deyə A.Hüseynov əlavə edib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri