21 
Fev
2024
00:47
107
18
1329
Virtual karabakh

Rusiya səfiri İtaliya XİN-ə çağırılıb - YENİLƏNİB

21 Fev, 2024
00:47
1329

Rusiya səfiri İtaliya XİN-ə çağırılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya diplomatik missiyasının rəhbərinin çağırışı Aleksey Navalnı ilə bağlıdır.

Xatırladaq ki, fevralın 19-u İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani özünün “X” hesabında Brüsseldə Navalnının dul arvadı Yuliya ilə görüşdüyünü və ona Romanın tam dəstəyini vəd etdiyini yazıb.

Mənbə: TASS

00:34

Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri