22 
Fev
2024
16:08
48
20
1007
Virtual karabakh

Fuad Hüseynəliyev: “Fransa Cənubi Qafqazda əlavə gərginlik yaradır” - VİDEO

22 Fev, 2024
16:08
1007

Fuad Hüseynəliyev: “Fransa Cənubi Qafqazda əlavə gərginlik yaradır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa Azərbaycanı törətmədiyi cinayətlərdə ittiham etməklə Cənubi Qafqaz regionunda hələ də əlavə gərginlik yaradır”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında son bəyanatına münasibət bildirərkən deyib.

“Makronun Qarabağ ermənilərinin qayıtması məsələsi ilə bağlı açıqlamalarını izah etmək çətindir, çünki hətta Ermənistan da bu mövzuya toxunmağı dayandırıb. Bir çox avropalı siyasətçi üçün bu mövzu gündəmdən çıxsa da, Fransa regionda bütün səviyyələrdə əlavə gərginlik yaratmaqda davam edir”, - o vurğulayıb.

F.Hüseynəliyev qeyd edib ki, Fransanı Azərbaycan ərazilərinin 30 ildən çox işğal altında qalması narahat etmirdi:

“Amma bu ölkə Qarabağ ermənilərinin hüquqlarını ciddi şəkildə müdafiə edir, Azərbaycanı qeyri-mütənasib güc tətbiqində ittiham edir, eyni zamanda sərhəddə ilk atəşi kimin açdığına məhəl qoymur”.

“Fransa liderinin birtərəfli mövqeyinin şahidi oluruq. Parisin qlobal məqsədi Cənubi Qafqazda mövqelərini gücləndirməkdir. Lakin bunu Azərbaycanda həyata keçirə bilməyəcək. Bu ölkə Gürcüstanda da bu istiqamətdə ciddi uğur qazanmayacaq. Bu mənada, Fransanın güclü təsirinin olduğu təkcə Ermənistandır”, - İnformasiya agentliyinin direktoru əlavə edib.

Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlıdır, çünki Bakı ilə İrəvan arasında sülh sazişi imzalanarsa, Ermənistanı müdafiə etmək üçün əlavə oyunçulara ehtiyacı qalmayacaq:

“Azərbaycanla sülh sazişinin imzalanması Ermənistana Türkiyə ilə münasibətlər qurmaq üçün yeni imkanlar açacaq, regiona sülh gətirəcək. Ermənistanın onu müdafiə edəcək əlavə qüvvələrə, xarici oyunçulara ehtiyacı olmayacaq. Buna görə də Fransa hazırda sülh sazişinin imzalanmasının vaxtını mümkün qədər gecikdirməyə çalışır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri