Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Makron hökumətin istefasını qəbul etdi
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attal hökumətinin istefasını qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, çərşənbə axşamı prezident Nazirlər Kabinetində keçirdiyi iclasda bəyan edib ki, istefa verdikdən sonra nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Makron bildirib ki, bu vəziyyət bir neçə həftə, ehtimal ki, Olimpiya Oyunlarının sonuna qədər davam edə bilər. Bu o deməkdir ki, hökumət qanunvericilik təşəbbüsləri irəli sürməyəcək, lakin fövqəladə vəziyyətlərə operativ cavab verə biləcək.
Qeyd edək ki, Qabriel Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib. Prezident o zaman ölkədə sabitliyin təmin olunmasının vacibliyini əsas gətirərək ərizəni qəbul etməyib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Starmer və Makron ABŞ-nin tariflərinə qarşı istənilən cavab tədbirini nəzərdən keçirməyə hazırdırlar
- "Haber Global": "Makron ölkəni agentlər vasitəsilə idarə edir"
- Qərb demokratiyasının qara günü - "Kaspi"nin TƏHLİLİ
- COJEP sədri: "Le Penin həbsi Makron hakimiyyətinin ona qarşı "sui-qəsd"idir"
- Makron Trampın qərarını əsassız adlandırdı