Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Mənim uşağımı özləri boğdular" - Yeni doğulan körpənin ölümündə həkim İTTİHAM EDİLİR
"Masallıda yeni doğulan körpənin ölümünə səbəb həkim səhlənkarlığı olub".
Bu barədə Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş edən qadın - 17 yaşlı Səfura Qubadovanın qayınanası bildirib.
"Nəvəmi bilə-bilə özləri öldürdülər. Xəstəxanadan şikayətçiyəm. Bizi Lənkərana göndərdilər. Orada dedilər ki, təbii doğuş olacaq, gecə ağrısı tutanda gətirərsiniz. Gəlinim dedi ki, onu ayağa durmağa qoymayıblar. Uşaq qan içində boğulub ölüb", - o qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
13:10
Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma başladılıb.
Bu barədə Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyulun 16-da Masallı rayon sakini, 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Nəzrin Vahid
İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:
"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".
Masallıda körpə ölümü qeydə alınıb.
APA nın məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb.
Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirirlər ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Rəylər