22 
Fev
2024
19:27
183
25
1281
Virtual karabakh

Zelenski Azərbaycana yeni səfir təyin etdi

22 Fev, 2024
19:27
1281

Zelenski Azərbaycana yeni səfir təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, Yuri Veniaminoviç Qusev Ukraynanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Qusev müxtəlif dövlət orqanlarında, o cümlədən Ukrayna Müdafiə Nazirliyində işləyib, Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri olub. O, 2020-ci ilin dekabrında “Ukroboronprom”un direktoru olub.

2023-cü ilin iyun ayında Zelenski “Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusevi vəzifəsindən azad edib.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri