24 
Fev
2024
11:25
48
10
829
Virtual karabakh

Bir qrup QHT ABŞ-nin və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciət ünvanlayıb

24 Fev, 2024
11:25
829

Bir qrup QHT ABŞ-nin və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciət ünvanlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup QHT ABŞ-nin və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

“Biz - Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bəyan edirik ki, müharibədən məğlub çıxmış, iqtisadi böhran yaşayan Ermənistanın son dövrlər ixracatında baş verən fantastik artımlar Ukrayna xalqına xəyanətin, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarını mənasızlaşdırmağın növbəti nümunəsidir.

Rusiya Ermənistan vasitəsilə sanksiya altında olan bütün məhsulları rahatlıqla əldə edir. Son vaxtlar Ermənistanın Rusiyaya ixracatı 430% artıb. Beynəlxalq Valyuta Fondunun sabiq baş iqtisadçısı Robin Bruks “X” hesabında bu barədə faktları ictimailəşdirib.

Niyə heç kim sual etmir ki, bu qədər mallar Ermənistana necə daxil olur və necə çıxarılır? Qərb mediası niyə bu barədə susur?

Ermənistan vasitəsilə daşınan bu mallar işğalçıya güc-qüvvət verməklə, Ukrayna xalqına yeni faciələr vəd edir. Biz bunun ağır fəsadlarını öz taleyimizdə yaşamışıq. Bu günlərdə 32 illiyi qeyd olunan Xocalı soyqırımı, geridə qalan Qarabağ müharibələri məhz işğalçıya verilən dəstəyin nəticəsi idi.

Avropa İttifaqı binokllarını Azərbaycana tuşlamaqdan Ermənistanda baş verən bu böyüklükdə hadisəni ya görmür, ya da bilərəkdən görmək istəmir.

Biz ABŞ-yə və Avropa ölkələrinə müraciət edərək, bu mühüm faktları araşdırmağa dəvət edirik”.

İmzalar:
Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
Sultan Əzimzadə - “20 Yanvar” İctimai Birliyinin sədri
Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
Vüqar Qədirov - “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri