28 
Fev
2024
10:40
105
7
655
Virtual karabakh

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

28 Fev, 2024
10:40
655

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edib.

Oxu.Az xəbər verir ki, şəhərin tarixi “Motsart” konsert salonunda reallaşan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini vurğulanıb. Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təməlqoyma mərasiminin keçirilməsi barədə məlumat verilib.

Daha sonra Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri