14 
Mar
2024
21:54
33
341
1991
Virtual karabakh

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada həlak oldu

14 Mar, 2024
21:54
1991

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada həlak oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada həlak olub.

Oxu.Az xəbər verir ki, 1986-cı ildə Ukraynanın Xarkov rayonunda doğulan, əslən Zərdab rayonundan olan Eldar Asəf oğlu Yusifov “S-300” raketinin zərbəsindən dünyasını dəyişib.

Ukrayna vətəndaşı olan Eldar Yusifov 2022-ci il martın 8-dən Ukrayna ordusunda tank batalyonunun komandiri kimi xidmət edib. 

E.Yusifovun atası Zərdab rayonunun Sarıqaya kəndindən, anası isə Ukraynadan olub. Onun qardaşı Turan Yusifov hazırda Xarkov polisində çalışır.

Qeyd edək ki, hadisə baş verən gün E.Yusifovla yanaşı daha yeddi tankçının öldüyü bildirilir.

E.Yusifovun meyitini isə tapmaq mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri