10 
Apr
2023
17:28
7
46
1361
Virtual karabakh

Hamiləlik zamanı ayaqlara necə qulluq edilməlidir? - Ginekoloq Xanım Adıgözəlova

10 Apr, 2023
17:28
1361

Hamiləlik zamanı ayaqlara necə qulluq edilməlidir? - Ginekoloq Xanım Adıgözəlova

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hamiləlik dövründə bədəndəki dəyişiklik yalnız gövdə ilə məhdudlaşmır. Bədən çəkisinin artması ilə ayaqların yükü də artır. Artan çəki səbəbilə dəyişiklik ən çox hamilə qadının ayaq altının düzləşməşində özünü göstərir.

Hamilə qadının ayağı altındakı düzləşmə deformasiyadır. Bu yastılaşma nəticəsində əvvəllər görünməmiş ayaq ağrıları və dırnaq batmaları görünə bilər.

Hamiləlik irəlilədikcə topuq və ayaq ətrafında şişliklər daha qabarıq şəkildə özünü göstərir. Hormonal səviyyədəki dəyişikliklər bədənin daha çox su toplamasına səbəb olur.

Ayağı şişən hamilə ayaq ölçüsü böyüdüyü üçün arxası açıq çəkmə geyinməyə başlayır və bu səbəbdən dabanlarda çatlar əmələ gəlir.

Bu insanlar üçün təbii doğuş risklidir

Şişmiş ayaq probleminin həlli üçün nə etmək olar?

  • Çatlamış dabanlar üçün ilkin müayinə edilməlidir;
  • Problemlərin baş verməməsi və ya təkrarlanmaması üçün düzgün ayaqqabı geyinilməlidir.

Hamiləlik dövründə düzgün seçdiyiniz ayaqqabılar ayaqlarınızın deformasiyaya uğramasının qarşısını alacaq, batmış dırnaq və döyənək əmələ gəlməsinə imkan verməyəcək.

Şişmiş ayaqlar üçün 3 məsələyə diqqət yetirərək düzgün ayaqqabı seçə bilərsiniz:

  • düzgün alış-veriş vaxtı;
  • ayağa uyğun model;
  • ölçü və uyğunluq.
  1. Düzgün alış-veriş vaxtı seçmək. Ayaqqabı alış-verişinə günün sonunda çıxın. Yatarkən dincələn və rahatlaşan ayaqlar yorulduqca genişlənir. Unutmayın, şişmiş ayaqlarınıza uyğun, ayağınızı sıxmayan, sizə zərər verməyəcək ayaqqabı axtarmalısınız.
  2. Ayağa uyğun model. Həkim mama-ginekoloq Xanım Adıgözəlova hündürdaban ayaqqabılardan çəkinməyinizi tövsiyə edir. Dabanınızı dəstəkləyən və rahat gəzməyinizə imkan verən ayaqqabıları seçmək hamiləlik zamanı şişmiş ayaqlarınız üçün faydalıdır.
  3. Ölçü və uyğunluq. Ayaqqabı ölçüsü ilə yanaşı rahatlıq və genişliyinə diqqət edin.
  • Hamiləlik dövründə dərman istifadəsi məhdud olduğundan hamilə qadının bədənini hər cür virusdan qorumaq vacibdir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova tövsiyə edir ki, hamilə qadınlar ayaq qulluğu zamanı steril alətlərdən istifadə edən və gigiyenaya önəm verən mərkəzlərə üstünlük versinlər. Əks halda ziyillərə, hepatit B və C-yə yoluxa bilərlər.

Ümumiyyətlə, 12-ci həftədən başlayaraq ayaqlarda çəki və ödəm problemləri görünməyə başlaya bilər və bu həftədən ayaq baxımı həyata keçirilməlidir.

Hamiləlik dövründə alınan çəki hormonal dəyişikliklər və təzyiqin artması və bədənə su yığılması nəticəsində ayaqlar ödəmlə böyüyür. Böyüyən ayaqlara kiçikölçülü ayaqqabıları geyinməyə davam edən hamilə qadınlarda döyənəklər əmələ gəlir. Şişən ayaqların müalicəsi həkim müşayiəti ilə aparılmalıdır.

Hamilə qadınların dırnaqlarının batması müalicəsində lent və ya məftil üsulundan istifadə edilir.

  • Düzgün ayaqqabı seçməyə diqqət etməli və böyüyən şiş ayaqlarına uyğun nöməli ayaqqabı geyinməlidirlər.
  • Uzun müddət ayaq üstə durmamalı, yerində qalmamalı, mümkün qədər ayaqlarını qaldırıb dincəlməli, uzun müddət oturaraq səyahət etməməlidirlər.

Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, döyənək əmələ gəlməsinin qarşısını almaq üçün ayaqlar nəmləndirilməli, vazelin kimi yağlı kremlərə üstünlük verilməməlidir.

Unutmayın, xəstəliyin düzgün müalicəsi üçün gecikmədən həkiminizlə məsləhətləşməli və lazımi müalicəni almalısınız. Həkim mama-ginekoloq Xanım Adıgözəlovanın uyğun təlimatlarını izləyib, faydalı müalicə üsulunu seçə bilərsiniz.

Konsultasiya üçün əlaqə: 055 555 29 59

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri