Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"HONOR Magic7 Pro" smartfonu artıq satışda
"Honor Magic 7" və "Magic 7 Pro" güclü performansı, innovativ kamerası və premium dizaynı ilə yeni nəsil flaqman smartfon təcrübəsi təqdim edir. Bəs bu smartfonları bazarda xüsusi edən nədir?
"HONOR Magic 7" "Pro IP69" standartına uyğun dizayn edilib. Cihaz hətta qaynar suda belə funksionallığını itirmir. Arxa panel barmaq izi buraxmayan mat şüşədən, çərçivə isə alüminiumdan hazırlanıb. Rəng seçimləri arasında "boz ay", "qrafit qara" və "zərif mavi" çalarları mövcuddur.
Ekran altına yerləşdirilmiş barmaq izi skaneri bir qədər yuxarıda yerləşdirildiyi üçün istifadəsi daha rahatdır. Hətta nəm əllərlə belə skaner anında işləyir və bank proqramları üçün yüksək tanınma səviyyəsinə malikdir.
OLED matrisi 6.8 düym diaqonala malikdir və 1-dən 120 Hz-ə qədər yeniləmə sürətini dəstəkləyir. Gözlər üçün təhlükəsiz genişimpulslu modulyasiya texnologiyasına sahib olan ekran 5000 nit yüksəkparlaqlıq və 450-dən çox PPI ilə aydın və gözoxşayan təsvir təqdim edir.
"HONOR Magic 7" "Pro 50MP" əsas kamera, 200MP periskop böyütmə sensoru və 50MP ultra geniş bucaqlı sensora sahibdir. Ön kamera isə 50MP keyfiyyətində selfilər təqdim edir.
Süni zəka çəkiliş zamanı ən yaxşı kadrı seçmək, bulanıqlığı aradan qaldırmaq və rəngləri optimallaşdırmaq imkanına malikdir. AI həmçinin portret rejimini təkmilləşdirir, istənməyən obyektləri silir və gecə çəkilişlərinin keyfiyyətini artırır.
Belə ki, siz çəkiliş düyməsini basmadan yarım saniyə əvvəl və yarım saniyə sonra silsilə fotoşəkillər çəkilir və daha sonra süni zəkanın köməyi ilə şəkillərin bulanıqlığı və digər qüsurlar aradan qaldırılaraq ən yaxşı kadr seçilir.
AI imkanları bununla məhdudlaşmır. "HONOR Magic 7 Pro" real vaxt rejimində nitq tərcüməsi (11 dil dəstəyi), səsin mətnə çevrilməsi və məqalə xülasələri kimi funksiyalar təklif edir.
Cihaz "Qualcomm Snapdragon 8 Elite" prosessoru ilə təchiz edilib. 12 GB RAM və 512 GB yaddaş ilə gündəlik və ağıryüklü tapşırıqları asanlıqla yerinə yetirir.
5850 mAh tutumlu üçüncü nəsil silikon-karbon akkumulyatoru sayəsində smartfon üç günə qədər istifadə edilə bilir. 100W adapter ilə batareya yarım saat ərzində tam dolur.
"Magic 7" modeli periskop kamerası olmadan, 50MP telefoto sensoru ilə təqdim olunur. Buna baxmayaraq, "Magic 7" də yüksəkkeyfiyyətli foto və video çəkilişlər üçün güclü imkanlar təqdim edir.
"HONOR Magic7" və "HONOR Magic7 Pro" smartfonunu artıq "İrşad", "Kontakt Home", "Soliton", "Elit Optimal", "MG Store", "Umico", "World Telecom", "Smart Electronics", "Digital Home" və "Barkod" mağaza şəbəkələrindən, həmçinin "Azercell", "Bakcell" və "Nar" mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz. Qiymətlərə gəldikdə isə, "HONOR Magic7 Pro" 12GB/512GB-in qiyməti 2699.99 AZN, "HONOR Magic7" 12GB/256GB-in qiyməti 2199.99 AZN təşkil edir. 31 mart tarixinə qədər "Magic7 Pro" və "Magic7" modelini alana "HONOR Pad X9" planşetini hədiyyə olunacaq.