Sərfəli mobil operator "Nar" müştərilərinə müasir smartfonları əlverişli şərtlərlə əldə etmək imkanı yaradır. Kampaniya çərçivəsində müştərilər gündə cəmi 77 qəpik ödəməklə "Honor X7e" smartfonuna sahib ola bilərlər. Üstəlik, smartfonu əldə edən müştərilərə "Nar" tərəfindən hər ay 2 GB internet bonusu təqdim olunur.
Təklif çərçivəsində "Honor X7e" smartfonu 24 aylıq hissə-hissə ödəniş şərtləri ilə, ayda 23.38 manat ödəniş etməklə əldə oluna bilər. Müştərilər üçün əlavə rahatlıq yaradılması məqsədilə aylıq ödənişlər "Nar" nömrəsinin balansından avtomatik hesablanır. Kampaniya çərçivəsində təqdim olunan aylıq 2 GB internet bonusu isə 24 ay müddətində aktiv olaraq qalır.
Smartfonu əldə etmək istəyən müştərilər "Nar"ın rəsmi diler mağazalarına müraciət edə bilərlər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün "Nar" çağrı mərkəzinə "777" qısa nömrəsi vasitəsilə zəng etmək və ya sosial media kanalları üzərindən "Nar"a müraciət etmək mümkündür.
"Nar"ın sərfəli kampaniya və təklifləri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.