56 yaşlı Madonna hər zaman ətrafındakıları şoka salmaqla məşhur olub və budəfəki “Qremmi” mükafatının təqdimetmə mərasimi də istisna olmadı.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, mərasimdə Givenchy dəb evinin onun üçün eksklüziv hazırladığı seksual matador geyimində peyda olan Madonna diqqəti özünə cəlb edə bilib.
Müğənnini səs-küyə səbəb olan “Rebel Hearts” albomu üzərində bərabər işlədiyi DJ Diplo və reper Nas müşayiət edirdi.
Madonnanın açıq-saçıq geyimi orda olanları heyrətləndirib, bədənin bəzi hissəsini örtən gödəkçəni çəkinmədən çıxaran ifaçı bəzilərini qızarmağa məcbur edib.
Pop-musiqinin nənəsinin cəsarətinə və gözəl fiziki formasına yalnız heyrətlənmək mümkündür.
A.İ.
www.oxu.az