SSRİ Xalq artisti, Rusiya estradasının divası Alla Borisovna Puqaçova bir neçə plastik əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, 70 yaşlı sənətkar daha gənc görünmək üçün özünü təhlükəyə ataraq, üzündə bir neçə əməliyyat keçirib.
Yeni il öncəsi A.Puqaçova cavanlaşmaq üçün rusiyalı cərraha müraciət edib.
Film təqdimatlarının birinə qatılan A.Puqaçovanı jurnalistlər yaxından lentə alıblar.

Yaşının üstünə yaş gələn sənətçi illərə meydan oxumaq və təravətli görünmək üçün üz nahiyəsində bir sıra estetik müdaxilələr etdirib. O, göz qapaqlarında “blefaroplastika” və çənəsində “kontur plastika”, “profileplastika” əməliyyatları keçirib.
Gözəlləşmək və cavanlaşmaq üçün cərrah masasına uzanan sənətkar həyatını sözün əsl mənasında riskə atıb. Belə ki, ürəyində ağır əməliyyat keçirmiş A.Puqaçovaya həkimlər narkozla əməliyyat olunmağı qadağan ediblər. Amma bütün qadağalara rəğmən, Xalq artisti həkimlərin verdiyi tövsiyələrə məhəl qoymayıb.
Посмотреть эту публикацию в Instagram"Alla Puqaçova" teqi üzrə xəbərlər
- Filipp Kirkorov Puqaçova ilə evliliyindən qalan nişan üzüyünü hələ də saxlayır
- Alla Puqaçova Yurmaladakı yay iqamətgahından məhrum ola bilər
- "Bir daha ayağa qalxa bilməyəcəyimi düşünürdüm" - 77 yaşlı Alla Puqaçova yaşadığı dəhşəti danışdı
- Filipp Kirkorov Alla Puqaçova ilə olan gecə "görüşləri"ndən danışdı: "Xoşuma gəlir" - FOTO
- Alla Puqaçova səhnəni tərk edir?
Digər xəbərlər
