“Uzun zamandır, bunu hər kəsdən gizlədirdim. Görmə qabiliyyətimi itirirdim. İki dəfə gözümdən əməliyyat olundum. Həkimlərimiz həyatımı xilas etdilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri “ATV Maqazin 10-larla” verilişinə açıqlamasında stilist Anar Ağakişiyev deyib.
“Narkoz”dan ayılan günün səhəri Aygün Kazımova zəng etdi, səhhətimlə maraqlandı. Halbuki dəfələrlə Aygün xanımın qəlbini sındırmışam. Səmimi dostluq, bax, budur”, - deyə stilist bildirib.
O, küsülü olduğu ulduzların da adını açıqlayıb: Roza Zərgərli, Günay İbrahimli, Elza Seyidcahan.
A.S.
www.oxu.az