Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aparıcı Fərid Rəsul başına gələnlərdən DANIŞDI: "Zibillikdə veriliş çəkən oğlan kimi tanındım"
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı aparıcı Fərid Rəsul olub. 17 yaşından televiziyada fəaliyyət göstərən aparıcı ona uğur qazandıran layihəsindən bəhs edib:
"Məni mən edən veriliş "İş həmişə var" olub. Bu işim mənim üçün bir növ həyat tərzinə çevrilmişdi. Düşündüm ki, bu layihəni həyata keçirmişəmsə, ondan aşağı səviyyəli iş görə bilmərəm. 2013-cü ildən 2020-ci ilə qədər davam edən veriliş həyatımı dəyişdi, hər şeyimi o layihəyə borcluyam. Çox çətin bir proqram idi. İndi də onun bənzəri yoxdur. Bu formatı çalışdığım kanalın rəhbərliyinə təqdim edəndə ilk başlarda mənə inanmamışdı. Bir neçə bölüm yayımlanandan sonra isə insanlar artıq məni tanıyır, "bu, zibillikdə veriliş çəkən oğlandır?" deyirdilər. Belə bir proqramın televiziyada reytinq toplaması ilə gördük ki, tamaşaçıya bu cür layihələr də maraqlıdır".
Fərid Rəsul həmçinin qarşılaşdığı çətinliklər haqqında da danışıb:
"İş həmişə var" verilişinin çəkildiyi ilk zamanlar kirayədə qalırdım. Artıq bundan bezmişdim. Düşünürdüm ki, nə olsa da, ipoteka ilə ev almalıyam. Bunun üçün yaşamağa başladım. Özümə dedim ki, elə verilişlər hazırlamalıyam ki, bu məqsədimə çata bilim. Zamanla yaxşı təkliflər, reklamlar gəlməyə başladı. Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam, orada yaşayıram".
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
- 35 yaşlı qadın eyvandan YIXILDI: Vətəndaşlar aidiyyəti qurumlardan şikayətçidirlər
- Bakı sakinləri yollarda qaldılar: Sıxlıqdan ən son GÖRÜNTÜLƏR
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- Təhsil müəssisəsində xoşagəlməz hadisə baş verdi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər