Xəbər verdiyimiz kimi, məşhur teleaparıcı İlqar Mikayıloğlunu Füzuli rayonunda “İlqarla bir gün” verilişinin çəkilişləri zamanı ilan sancıb.
Teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova onun hazırkı səhhəti barədə Oxu.Az-a məlumat verib.
“Aparıcıya lazım olan bütün təcili-tibbi müdaxilələr göstərilib. Vəziyyəti normaldır. Hazırda Bakıya gətirilir”, - deyə o bildirib.
14.26
ATV-nin aparıcısı İlqar Mikayıloğlunu Füzuli rayonu, Haramı düzündə çəkiliş zamanı ilan sancıb. Aparıcı yeni layihəsi olan “İlqarla bir gün” verilişini çəkirmiş.
Bu barədə Oxu.Az-a teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Teleaparıcının səhhəti ağır olduğundan dərhal hospitala çatdırılıb.
Aytən Sadıqzadə
www.oxu.az