Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Avroviziya-2019”da hansı ölkələr gerilədi?
Ötən gecə “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalından sonra bukmeykerlər proqnozlarını yenidən dəyişiblər.
Oxu.Az xəbər verir ki, bukmeykerlərin siyahısına əsasən, Niderland təmsilçisi Duncan Laurens hələ də “Arcade” mahnısı ilə müsabiqədə ilk pillədədir, liderliyi əldən vermir.
Yarışmada qalibiyyətə iddialı olan Rusiya təmsilçisi Sergey Lazerevin Təl-Əviv Ekspo səhnəsindəki möhtəşəm perfomansı işə yaramayıb. O, üç pillə geriləyib. Lazarev dördüncü pillədən yeddinci pilləyə düşüb. İkinci pilləyə isə Avstraliya təmsilçisi Kate Miller irəliləyib.
Qalib olmaq eşqi ilə alışıb-yanan İsveçrə iştirakçısı Luca Hanni isə beş pillə irəliləyərək dördüncü yerdə qərarlaşıb. Ötən gecəki performansından sonra İsveç təmsilçisi John Lundvik geriləyərək, hələlik üçüncü yerə sahiblənib. Fransa təmsilçisi Bilal Hassaninin biri arıq, biri kök idman hərəkətləri edən qızlarla göstərdiyi şousu onu altıncı pillədən doqquza endirib.
Azərbaycan təmsilçisi Çingiz Mustafayevin səhnədə göstərdiyi möhtəşəm perfomansı isə Avropa izləyicisi tərəfindən çox bəyənilib. Mustafayevin maraqla qarşılanan çıxışı onu TOP-5-ə daxil edərək, beşinci pillədə qərarlaşdırıb.
Qeyd edək ki, mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində Çingiz Mustafayev 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edəcək.
Rəşad Əliyev
Rəylər