Müğənni Kərim Abbasovun avtomobili yüksək sürətlə idarə edərək “avtoş”luq etdiyi üçün saxlanıldığı haqda xəbər vermişdik.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün hadisə ilə bağlı məhkəmə prosesi keçirilib. İfaçı bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Hər bir gecənin bir gündüzü var. Vəkilim Zülfiyyə xanımla ağır gündən sonra yenə də qalib gəldim. Düşmənlərim yenə sevinə bilmədilər. Sevinciniz ürəyinizdə qaldı”.