Müğənni Kərim Abbasov sosial şəbəkədə yayılan, sürət həddini aşaraq avtomobilini saatda 210 km sürətlə idarə etdiyi video-görüntü barədə danışıb.
Oxu.az xəbər verir ki, ifaçı xəbərin bu şəkildə yayılmasına görə jurnalistləri günahlandırıb:
“Bu video iki il əvvəl “Facebook” səhifəmə yerləşdirilib. İkincisi də, Bakıda yox, Gürcüstanda çəkilib. Sürətlə sürmək “avtoş”luq deyil. Bu, sürət həddini aşmaq deməkdir. “Avtoş” olsaydım, indi polis tərəfindən cəzalandırılmışdım”.
Müğənni haqqında bu cür məlumatların yayılmasında jurnalistləri günahlandırıb:
“Toylarda oxumaq ayıb deyil. Bununla qürurlanıram. Halal zəhmətimlə qazanıram. Bəzi jurnalistlər kimi kiməsə şər-böhtan atıb, evini yıxmıram. Ərindən boşanan, evindən qaçan, çilingər işləyən, bankda kredit şöbəsində çalışana kimi hamı jurnalistikaya gəlib. Sizin boş-boş yazmağınız bu dəfə də alınmadı. Sözlərim ünvanlıdır”.
Aytən Sadıqzadə
www.oxu.az