Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən 21 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılıb.