Müğənni Kərim avtomobili yüksək sürətlə idarə edərək “avtoş”luq etdiyi üçün saxlanılıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl müğənninin sosial şəbəkələrdə “avtoş”luq etməsi barədə video paylaşılandan sonra araşdırmalara başlanılıb.
Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü Kərim Abbasov saxlanılıb. Onun avtomobili cərimə meydançasına aparılıb.
“Sürücünün izahatı alınıb. Hazırda onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, - deyə Vaqif Əsədov vurğulayıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Kərim “avtoş”luq edib. Bunu əks etdirən video sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb.