Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aybəniz Haşımova əsəbiləşdi: Mənim uşağımı bezdirdilər - VİDEO
Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədov haqqında ATV-də yayımlanan “ŞOU ATV” verilişində dilə gətirib.
Haşımova Məmmədovun bezdiyini bildirərək, ölkədən getməsini bu cür şərh edib:
“Bir peşəkar insan kimi deyirəm, Fərid “Eurovision” müsabiqəsində çıxış edən zaman ondan mükəmməl ifaçı yox idi. Mən ömrümün 20 ilini Fəridlərə xərclədim, onları səhnəyə gətirdim. Mənim uşağım gedib ABŞ-da fəhləlik edir, zülm çəkir.
Mən öz Azərbaycanımda fəhləlik edərəm, başqa ölkədə yox. Mənim tələbəm niyə Azərbaycanı tərk etməlidir? Niyə gedib ABŞ-da kuryer işləməlidir? Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, xaricdə gedib kuryer kimi çalışır? Fərid dünyaya tək-tək gələn istedadlardandır. Fəridin anasından soruşdum ki, o, niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.
Aparıcı Nanə Ağamalıyeva isə “Dəfələrlə onu efirimə çağırdım, gəlmədi. O, özünə telekanallara çıxmağa qadağa qoymuşdu. Hətta Ranar Musayevdən dəfələrlə xahiş etdim, Fəridi efirimizə çağırsın” deyə Aybəniz Haşımovanın qalmaqallı çıxışına etiraz edib.
Qeyd edək ki, “Eurovision-2013”də Azərbaycanı İsveçrədə “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.
Rəşad Əliyev
Rəylər