Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aytən Səfərova Aygündən üzr istədi - VİDEO
ANS-in aparıcısı Aytən Səfərova bu gün “Salam Azərbaycan” verilişində xalq artisti Aygün Kazımovadan üzr istəyib.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, o, ötən gün efirdə oxuduğu “Aygün Kazımova Türkiyədəki evində fahişəxana açıb” xəbərinə aydınlıq gətirib:
“Türkiyə mətbuatında Ramazzonun Aygün Kazımova ilə şəkli qoyulmuşdu və xəbər yazılmışdı. Azərbaycanda və sosial şəbəkələrdə bu məsələni Aygün Kazımova ilə bağlayıblar. Biz də yanlışlığa yol vermişik. Bu məsələyə görə Aygün Kazımovadan üzr istəyirəm. Bəzi Türkiyəyə gedib-gələn, əli ətəyindən uzun müğənnilərdən fərqli olaraq, Aygün xanım orada tanınır. Oranın yerli şou-biznesində olanlarla münasibəti var, əməkdaşlıq edir. Demək istəyirəm ki, məlumatda olduğu məsələ ilə bağlı müğənnimizin heç bir əlaqəsi yoxdur. Burada söhbət yalnız onun yanındakı stilistdən gedirmiş. Ancaq qəzetdə Aygün Kazımovanın bu şəklindən istifadə ediblər. Bəzən informasiya yayanda onun içindəki məlumatlara diqqətlə nəzər yetirmək lazımdır ki, yanlışlıq olmasın”.
Qeyd edək ki, ötən gün Aytən Səfərova aparıcılığını etdiyi “Salam Azərbaycan” verilişində xalq artisti ilə bağlı xəbər yaymışdı. Məlumatda Aygün Kazımovanın Türkiyədəki evində stilist Anar Malikin model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif olunduğu iddia edilirdi.
Rəylər