Aktyor Sərdar İsgəndərov bu gün dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu haqda rejissor Kənan M.M.İnstagram hesabında məlumat verib.
Qeyd edək ki, S.İsgəndərov 1965-ci ildə Şabran rayonunda anadan olub. Mərhum aktyor tamaşaçılara “Dolu” filmi, “Ləkə” serialı və s. ekran işlərindən tanışdır.