“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək.
Oxu.Az Energetika nazirliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstay Energetika naziri Natiq Əliyevlə görüşündə bildirib.
Bundan başqa, görüşdə nazir “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsini təklif edib.
Ülviyyə R. Əli
www.oxu.az