Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko Soçidə keçirilən “Yeni dalğa” musiqi festivalında çıxış edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı Annanın azərbaycanlı nişanlısı, tenor Yusif Eyvazovdan uşaq gözlədiyi deyilir. Qara libasda səhnəyə çıxan ifaçının qarnının iri olması iddiaların əsaslı olduğunu göstərir. Hələ ki, Anna Netrebko vəYusif Eyvazov bununla bağlı heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, cütlüyün toyu bu ilin dekabrında Vyanada baş tutacaq.
