Bakıda Hindistan istehsalı olan film çəkilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı hindistanlı aktrisa Asmita Sud “Instagram” hesabında paylaşıb.
O, Bakının müxtəlif məkanlarından fotoları sosial media hesabında yerləşdirib.
Məlum olub ki, aktrisa Bakıda “Victory 2” filminin çəkilişlərində iştirak edib.
Onunla baş rolda isə Şaran Hruday çəkilib.
Qeyd edək ki, ekran işi “Victory” filminin davamıdır.
Pərviz Hüseyn
www.oxu.az