Türkiyənin populyar müğənniləri Murat Boz və Gülşən açıq-saçıq fotosessiya etdirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən müğənnilər “İltimas” adlı yeni mahnını duet şəklində ifa ediblər. Mahnının musiqisi Ozan Çolakoğluna məxsusdur.
Yeni mahnıda bir araya gələn cütlük fotoqraf Emre Ünal-ın obyektivinə bir-birinden iddialı pozalar verib.
Xatırladırıq ki, Murat Boz ötən ayın 17-si və 18-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
May ayının 25-də isə Gülşənin Bakıda konserti gözlənilir.
Aytən Sadıqzadə
www.oxu.az