Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib.
Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiyada baş verib.
Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlara yaxınlaşıb və ulduzla selfi çəkdirmək istəyib.
Bu hərəkət Afflekin xoşuna gəlməyib və o, kişini itələyib. Aktyorun mühafizəçiləri dərhal hadisəyə müdaxilə edərək kişini oradan uzaqlaşdırıb.
Mənbə: “The Sun”