Süni mayalanma yolu ilə övlad sahibi olmaq üçün Amerikada müalicə alan aktrisa Beren Saatın iki aylıq hamilə olduğu iddia edilir.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, iki il əvvəl müğənni Kenan Doğulu ilə ailə həyatı quran B.Saatın hazırda Bodrumda istirahətdə olduğu qeyd olunur.
“Muhteşem Yüzyıl: Kösem” serialından ayrılan aktrisanın bu xəbəri yalnız ailəsi və yaxın ətrafı ilə paylaşdığı yazılır. Onun hamiləlik dövrünü həkim nəzarəti altında bir müddət gözlərdən uzaqda keçirməyi planlaşdırdığı deyilir.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər