Müğənni Kenan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat ailə dostları, aktyor Murat Başoğlunun Bodrumdakı evində şam etdikdən sonra çıxışda media nümayəndələri tərəfindən görünütüləniblər.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddətdir haqqında ABŞ-da hamiləliklə bağlı müalicə aldığı deyilən aktrisa Beren Saat jurnalistlərin “Hamiləlik necə gedir?” sualına “super” deyə cavab verərək hər kəsi təəccübləndirib. Kənan Doğulu isə gülümsəyərək bu mövzu ilə bağlı ona ünvanlanan sualları cavabsız qoyub.
Murat Başoğlu jurnalistləri evinin ətrafından uzaqlaşdırmaq üçün polisə xəbər verib. Məkana gələn gələn hüquq-mühafizə qüvvələri və polis əməkdaşları küçənin cəmiyyətə açıq sahə olduğunu bildirərək heç bir tədbir görməyib.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər