Bu mövsüm ekrana gəlməsi planlaşdırılan “Çarpışma” serialında Kıvanç Tatlıtuğla baş rol oynaması üçün Elçin Sanquya təklif verilmişdi. Ancaq o, bu təklifi qəbul etməyib.
Oxu.Az xəbər verir ki, iddiaya görə, Kıvançla yenidən partnyorluq etmək üçün Beren Saata təklif göndərilib.
2008-2010-cu illərdə birlikdə oynadıqları “Aşkı-memnu” serialı ilə məşhurluğun pik həddinə çıxan və reytinq rekordları qıran cütlük əgər Beren təklifi qəbul edərsə, yenidən tamaşaçıların qarşısına çıxacaq.
Pərviz Hüseyn
www.oxu.az