Amerikalı pop müğənni Billi Ayliş Corciya ştatının Atlanta şəhərində verdiyi konsert zamanı pərəstişkarına kömək edib.
Məlumata görə, müğənni nəfəs almaqda çətinlik çəkən pərəstişkarına görə şounu dayandırıb. Sonra isə qızdan inhalyator lazım olub-olmadığını soruşub.
“Hər şey yaxşıdır, hər şey qaydasındadır. İnhalyatorumuz var. Uşaqlar, ona bir az vaxt verin. Sıxlıq etməyin. Rahat ol, hər şey qaydasındadır”, – deyə sonra Ayliş sözlərinə davam edib.
İfaçı pərəstişkarının yaxşı olduğuna əmin olduqdan sonra ona havadan öpüş göndərib və “səni sevirəm” deyərək konsertinə davam edib.
Qeyd olunur ki, bu, sənətçinin pərəstişkarlarına görə çıxışını ilk dayandırması deyil. 2021-ci ilin payızında, Nyu-Yorkda “Governors Ball” festivalı zamanı o, mahnı oxumağını dayandırıb və mühafizəçilərdən insanların toplaşdığı yerdə hər şeyin qaydasında olub-olmadığını yoxlamasını istəyib.
Посмотреть эту публикацию в InstagramMənbə: Lenta.ru
"Billi Ayliş" teqi üzrə xəbərlər
- "Qremmi"də üzük qalmaqalı: Billi Ayliş Net Vulffla nişanlanıb?
- Billi Ayliş və Ceyms Kemeron birgə layihə üzərində işləyirlər
- Ötən ilin ən populyar mahnısı açıqlandı
- Los-Anceles məhkəməsi Snup Doqqa qarşı cinayət işi ilə bağlı qərar verdi
- Teylor Svift üçüncü il ardıcıl olaraq "MTV Video Music Awards" mükafatına layiq görüldü
Digər xəbərlər