Model Rüstəm Cəbrayılov boşanması haqda “Onlar” verilişinə verdiyi açıqlamaya sosial şəbəkədə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, model fikirlərinin montaj olunduğunu yazıb:
““Münasibətim yaxşı getmir” sözlərini başqa cür başa düşməyin. Dost var, düşmən var və heç kim ağzına gələni danışmasın. Hər bir münasibətdə problemli günlər olur. Bu da normaldır. Açıqlamada “Danışmaq istəmirəm” demişəm. Danışmaq sözünü montaj edib, “Da” kimi efirə veriblər. Zəhmət olmasa, sizlərə olan hörmətimi itirməyin. Orada əsəbdən gülümsəyirdim, çünki eyni sualı artıq 4 dəfə vermişdilər”.
Aytən Sadıqzadə
www.oxu.az