Son günlər gündəmdən düşməyən xalq artisti Brilliant Dadaşovanın Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatı alması ilə bağlı gizli məqamlar açıqlanıb.
Oxu.Az xəbər verir ki, Brilliant xanım ilk əvvəl bunu mətbuatdan gizli saxlasa da, Nyu Yorkda mükafatla bərabər 30 000 dollar dəyərində pul və son marka “Mercedes avtomobili” ilə mükafatlandırılıb. Hazırda hədiyyə olunmuş yeni avtomobilini Bakıya gətizdirən müğənni bu məqamı hədiyyə gətiriləndən sonra mediaya açıqlamaq fikrində imiş.
Xalq artisti iki il davamlı Amerikada mükafatlanmaya dəvət alsa da müxtəlif səbəblərə görə yalnız bu il onun adına təsis edilmiş mükafat sahibinə qovuşub.
Qeyd edək ki, müğənni dünya ulduzları ilə bərabər Nyu York şəhərinin Master Theatre zalında keçirilən möhtəşəm Big Music Awards-ın mükafatlandırma mərasimində “Dünya musiqisinə verdiyi töhfələrə” görə mükafatlandırılıb.