Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britni Spirsin atasından qəyyumluqla bağlı gözlənilməz qərar - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirsin atası qızının qəyyumluğundan imtinanı qəbul edib.
Bu barədə TMZ portalı Ceymi Spirsin vəkillərinin təqdim etməyi planlaşdırdıqları sənədlərə istinadən xəbər verib.
“Cənab Spirs əsassız hücumların daimi hədəfi olmasına baxmayaraq, qızına qəyyumluğunu davam etdirmək üçün ictimai mübarizənin övladının maraqlarına uyğun olacağına inanmır”, - portal sənədin mətninə istinad edir.
Xatırladaq ki, cari ilin iyun ayında Britni Spirs məhkəmədən atasının 13 il davam edən qəyyumluğunu ləğv etməsini istədi. Ceymi Spirs ifaçının müalicə, təhlükəsizlik və karyera məsələləri də daxil olmaqla şəxsi və maliyyə işlərinə nəzarət edir.
Rəylər