Ötən gün Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Oxu.Az xəbər verir ki, Azərbaycanın xalq və əməkdar artistlərinin, eləcə də ən tanınmış müğənnilərinin iştirakı ilə keçirilən konsert proqramı ATV televiziyası ilə birbaşa yayımlanıb.
Tədbirin aparıcıları Zaur Baxşəliyev, Günay Baxşəliyeva, Afaq Gəncəli, Cavid Gül, Şəhriyar Əbilov, Nərgiz Məmmədova, Samirə Mustafayeva və Ceyhun Əli olub.
Konsertdə ən maraqlı məqamlardan biri türkiyəli müğənni Burcu Günəşin səhnəyə çıxması olub. İfaçı 45 dəqiqə ərzində repertuarındakı sevilən mahnılarını səsləndirib.
Konsertdən olan fotoları sizə təqdim edirik:
Aytən Sadıqzadə
Foto: Rəşad Abbasov
www.oxu.az