Məşhur pop ifaçısı Castin Biber (Justin Bieber) dünya turu çərçivəsində Kanadada verdiyi konsert zamanı səhnədə yıxılıb.
Oxu.Az xəbər verir ki, eyni yerdən təkrar olaraq səhnəyə çıxan müğənni “yaxşı ki pişik kimiyəm, ayaqlarımın üzərində yerə düşdüm” deyərək konsertinə davam edib.
Xatırladaq ki, bu yaxınlarda Castin Biberin naməlum qaradərili kişi ilə əlbəyaxa olduğu videogörüntü paylaşılıb. Həmin kadrlar mətbuatda böyük səs-küyə səbəb olub.
Hadisə Klivlenddə baş verib. Biber ora “Klivlend Kavalers” basketbol komandasına azarkeşlik etməyə gedib. Davanın səbəbləri dəqiq məlum olmasa da, videoda avroamerikalının kanadalı müğəninin başına zərbə endirdiyi görünür. Davanın gedişatında müğənni yerə yıxılır. Sonradan onları ayırmaq mümkün olur.
Aytən Sadıqzadə
www.oxu.az