Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cennifer Lopez romantik oyun zamanı nişanlısı ilə bağlı gizli sirrini bölüşdü - FOTO/VİDEO
Tanınmış müğənni Cennifer Lopez və beysbolçu nişanlısı Aleks Rodrigez məşhur “çelenc”də iştirak ediblər.
“Cosmopolitan”ın məlumatına görə, ulduzlar məzəli oyun formatında bir-birinə romantik münasibətlərini açıqlayıblar.
Sevgililər bir yerdə daha çox vaxt keçirmək üçün ev karantini imkanından istifadə ediblər. Onlar #coupleschallenge instamarafonuna qoşulublar. Cütlük gözləri bağlı halda bir-biri barədə gözlənilməz sualları cavablandırıblar.
Cennifer ilk olaraq özü Aleksi öpdüyünü deyib. Eşqini ilk etiraf edən isə Rodrigez olub.
Beysbolçu Lopezin daha yaxşı yemək hazırladığını etiraf etsə də, səhərlər çox gec hazırlandığını vurğulayıb.
Ulduzlar xəstələndikləri zaman uşaq kimi davrandıqlarını, əsəbi olduqlarını deyiblər.
İstifadəçilər sevgililərin bu pozitiv videosunu yüksək qiymətləndiriblər.
“Budur, dünyanın hazırda ehtiyac duyduğu məzmun”, “Çox sevimlidirlər”, “Sizləri sevirəm”, “İdeya üçün təşəkkürlər, artıq özünütəcrid rejimi mənim üçün şən keçir”, - deyə “Instagram” istifadəçiləri heyranlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Cennifer və Aleks uşaqları ilə birlikdə Mayamidə kotteclərində istirahət edirlər.
"Cennifer Lopes" teqi üzrə xəbərlər
- Cenifer Lopes: "Məşhur olmayan biri ilə də görüşə bilərəm"
- Cennifer Qarnerin nişanlısı onun Ben Affleklə romantik FOTOLARINDAN sonra ultimatum verdi
- 55 yaşlı Cennifer Lopesin cavan qalmasının SİRRİ üzə çıxdı
- Cennifer Lopesin dekolte geyimi diqqət çəkdi
- Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi